Göyçayda məktəb direktoru qəfildən dünyasını dəyişib

Göyçayda məktəb direktoru qəfildən dünyasını dəyişib
  • Clock-gray 23:12
  • calendar-gray 14 Fevral 2021

Göyçay rayonunda məktəb direktoru dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhər 8 saylı tam orta məktəbin direktoru, 1977-ci il təvəllüdlü Usubəliyev Ceyhun Ramiz oğlu bu gün qəfildən dünyasını dəyişib. Onun Göyçay şəhərinin RTS adlanan ərazisindəki beşmərtəbəli binadan iki gün öncə aldığı mənzildə ürəktutması səbəbindən öldüyü bildirilir.

Ceyhun Usubəliyevin meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Şahnəzər Bəşirov

Digər xəbərlər