Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb

Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb
# 02 yanvar 2021 22:12 (UTC +04:00)

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Göyçay rayonu Bığır kənd sakini, 1964-cü il təvəllüdlü Umudova Mükafat Eynulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Umudova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR