Göyçayda ustanın cərəyan vuraraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Göyçayda ustanın cərəyan vuraraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
# 16 mart 2021 17:54 (UTC +04:00)

Martın 16-da saat 11 radələrində Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Fətullayev Sadiq Nemət oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla Sadiq Fətullayevin usta kimi işlədiyi Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan fərdi yaşayış evinin fasadına aqlay üzlük vurarkən açıq vəziyyətdə olan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanın təsirinə məruz qalması səbəbindən ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

saat 11:52

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Göyçay şəhər sakini Orxan Maqsudova məxsus yeni tikilmiş 3 mərtəbəli sahibkarlıq obyektində baş verib. Həmin obyektdə usta işləyən, rayon sakini, 1989-cu il təvəllüdlü Sadıq Fətullayev binanın fasadını təmir edərkən əlindəki dəmir əşya yaxınlıqdan elektrik naqillərinə dəyib. Nəticədə onu cərəyan vurub. Təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılan usta yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR