Göygöl DYP-yə yeni rəis təyin edilib

Göygöl DYP-yə yeni rəis təyin edilib
# 10 fevral 2021 17:39 (UTC +04:00)

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Azər Ələkbərov Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb.

A.Ələkbərov bundan əvvəl Gəncə şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi Şöbəsində çalışıb.

Göygöl DYP-nin rəisi olmuş Eldən Həsənov isə bir müddət əvvəl Gəncə şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR