Göygöl rayonunda avtomobil aşıb

Göygöl rayonunda avtomobil aşıb
# 07 dekabr 2020 12:13 (UTC +04:00)

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndində minik avtomobili aşıb.

Nəticədə avtomobildə olan 1994-cü il təvəllüdlü Tofiq Yaqub oğlu Nəzərov, 1998-ci il təvəllüdlü Misir Hacıyev və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR