Göygöl sakini sirkə turşusundan zəhərlənib

Göygöl sakini sirkə turşusundan zəhərlənib
# 10 mart 2021 21:45 (UTC +04:00)

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Bayramova Rufanə Tacir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun sirkə turşusundan zəhərləndiyi deyilir.

Hadisə ilə bağlı polisə də məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR