Göygöl sakini sirkə turşusundan zəhərlənib - FOTO

Göygöl sakini sirkə turşusundan zəhərlənib - FOTO
# 21 aprel 2021 21:23 (UTC +04:00)

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

1986-cı il təvəllüdlü Sevda Alınağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Onun hansı səbəbdən sirkə içməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR