Göygöl və Şabran rayonunda yük avtomobilləri yanıb

Göygöl və Şabran rayonunda yük avtomobilləri  yanıb
# 21 dekabr 2020 13:20 (UTC +04:00)

Göygöl və Şabran rayonunda yük avtomobillərində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl rayonunda “KamAZ” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Şabran rayonunda isə “Shacman” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR