Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

 Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var
# 02 iyul 2020 13:47 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayondakı Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 2 nəfər - 1998-ci il təvəllüdlü Kəpəz Göyüşov və 2000-ci il təvəllüdlü Aydın Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR