Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 18 iyun 2020 23:44 (UTC +04:00)

Göygöldə “VAZ 2106” markalı minik maşını tərəfindən vurularaq ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişən şəxs 1984-cü il təvəllüdlü Əsgərov Füzuli Qəşəm oğludur.

***

22:15

Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən, təxminən, 40-50 yaş aralığında olan kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR