Göygöldə azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Göygöldə azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb
  • Clock-gray 13:55
  • calendar-gray 26 Oktyabr 2020

Göygöldə minik avtomobili ilə azyaşlını vurub qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 25-də saat 15 radələrində Göygöl şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Üçtəpə kənd sakini 13 yaşlı S.Cəfərov vurulub.

Dərhal xəstəxanaya çatdırılan S.Cəfərova ilkin tibbi yardım göstərilib.

Göygöl rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2121” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər