Göygöldə baş verən qəzada 2 nəfər xəsarət alıb

Göygöldə baş verən qəzada 2 nəfər xəsarət alıb
# 25 sentyabr 2020 20:05 (UTC +04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanalı avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını digər minik maşını ilə toqquşub. Qəza zamanı 2 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR