Göygöldə evdə partlayış olub, 1 nəfər ağır xəsarət alıb - FOTO

Göygöldə  evdə partlayış olub, 1 nəfər ağır xəsarət alıb - FOTO
# 02 aprel 2020 04:36 (UTC +04:00)

Göygöldə evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.

Partlayış nəticəsində Gəncə sakini, 1966-cı il təvəllüdlü Hacıyev Fuad Sultan oğlu bədənin 70-80 faiz ağır dərəcəli yanığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Xəstənin Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilkin məlumata görə, hadisə yaşayış evində qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR