Göygöldə mağazadan 3 min manatlıq oğurluq olub

Göygöldə mağazadan 3 min manatlıq oğurluq olub
  • Clock-gray 11:49
  • calendar-gray 24 Noyabr 2020

Göygöldə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov ilə əvvəllər məhkum olunmuş Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.

Sail Ağasəlim

Digər xəbərlər