Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
# 18 mart 2021 02:18 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Tural Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR