Göygöldə oğurluq edən şəxslər tutulub - FOTO

Göygöldə oğurluq edən şəxslər tutulub - FOTO
# 21 fevral 2020 14:15 (UTC +04:00)

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. E. Məmmədov, X. Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə. İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim edilməsi istiqamətidə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR