Göygöldə qadın dəm qazından zəhərlənib

Göygöldə qadın dəm qazından zəhərlənib
# 16 fevral 2020 20:54 (UTC +04:00)

Göygöldə qadın dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Həsənova Turanə Vilayət qızı yaşadığı evin vanna otağından dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

30 yaşlı qadına lazımi tibbi yardım göstərilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR