Göygöldə soyğunçuluq məqsədi ilə evə girən şəxs ər və arvada xəsarət yetirib

Göygöldə soyğunçuluq məqsədi ilə evə girən şəxs ər və arvada xəsarət yetirib
# 20 oktyabr 2020 12:57 (UTC +04:00)

Göygöldə ər və arvada xəsarət yetirərək soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da saat 5 radələrində Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girərək ona və həyat yoldaşına bıçaqla xəsarət yetirib oradan 600 manat pul və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR