Göygöldə sərnişin avtobusu ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

Göygöldə sərnişin avtobusu ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
# 14 fevral 2021 17:04 (UTC +04:00)

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu “Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR