Göygöldə su mühərriki oğurlayan şəxslər tutulub

Göygöldə su mühərriki oğurlayan şəxslər tutulub
  • Clock-gray 13:06
  • calendar-gray 21 Fevral 2020

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki  evdən oğurluq edən şəxslər saxlanılıb. 

DİN-in mətbuat midmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri,  31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin  Məmmədov, 35 yaşlı  Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. E. Məmmədov, X. Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə. İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim edilməsi istiqamətidə tədbirlər davam etdirilir.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date