Göygöldə yol qəzasında 1 nəfər xəsarət alıb

Göygöldə yol qəzasında 1 nəfər xəsarət alıb
# 29 mart 2021 20:34 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR