Göygöldə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

Göygöldə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO
# 27 yanvar 2020 19:51 (UTC +04:00)

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Gəncə-Şəmkir yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza zamanı 2 nəfər xəsarət alıb

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR