Güləş üzrə Azərbaycan millisinin sabiq üzvünün həbs qətimkan müddəti uzadılıb

Güləş üzrə Azərbaycan millisinin sabiq üzvünün həbs qətimkan müddəti uzadılıb
# 27 may 2020 11:34 (UTC +04:00)

Şamaxı rayon Məhkəməsində güləş üzrə Azərbaycan millisinin sabiq üzvü, vətəndaşı qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan Məsim Qədirlinin barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, hakim Etibar Hümbətov sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və M. Qədirlinin həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Məsim Qədirli Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) ittiham edilir.

Xatırladaq ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü olub. O, Azərbaycan birinciliyinin mükafatçısı və bir çox nailiyyətlər imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR