Gürcüstanda axtarışda olan şəxs Bakıda tutulub - FOTO

Gürcüstanda axtarışda olan şəxs Bakıda tutulub - FOTO
  • Clock-gray 14:23
  • calendar-gray 16 Mart 2021

Gürcüstanda müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən şəxs Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. 

Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər