Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 30 iyun 2020 11:11 (UTC +04:00)

Gürcüstan həbsxanalarında 103 Azərbaycan vətəndaşı cəza çəkir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) may ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ayla müqayisədə 3 nəfər azdır.

Həbsdə olanlardan 90 nəfər məhkum edilib, onlardan 81-i kişi, 9-u isə qadındır.

Barələrində məhkəmə hökmü olmayan 13 Azərbaycan vətəndaşından 8-i kişi, 5-i isə qadındır.

Bundan başqa, qonşu ölkədə 23-ü kişi, 2-si qadın olmaqla, 25 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır. Onlardan 9-u Tbilisi, 8-i Kvemo-Kartli, 4-ü Kaxeti, 1-i Sameqrelo-Zemo Svaneti, 3-ü isə Acara-Quriya regionunda probasiya nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR