Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 30 mart 2021 11:13 (UTC +04:00)

Hazırda Gürcüstan həbsxanalarında 105 Azərbaycan vətəndaşı cəza çəkir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) fevral ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ayla müqayisədə 3 nəfər azdır.

Həbsdə olanlardan 95 nəfər məhkum edilib, onlardan 80 nəfər kişi, 15 nəfər isə qadındır.

10 nəfərin barəsində isə məhkəmə hökmü yoxdur.

Bundan başqa, qonşu ölkədə 25-i kişi, 3-ü qadın olmaqla, 28 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır. Onlardan 8-i Tbilisi, 1-i Şida Kartli, 8-i Kvemo-Kartli, 4-ü Kaxeti, 1-i Sameqrelo-Zemo Svaneti, 6-sı isə Acara-Quriya regionunda probasiya nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR