Hacıqabul sakinindən 8 kq narkotik götürülüb

Hacıqabul sakinindən 8 kq narkotik götürülüb
# 08 yanvar 2021 12:26 (UTC +04:00)

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ş.Əhmədovun yaşadığı Hacıqabul şəhərindəki evindən 8 kiloqram 452 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR