Hacıqabul sakinindən odlu silah götürülüb

Hacıqabul sakinindən odlu silah götürülüb
# 24 mart 2021 09:25 (UTC +04:00)

Hacıqabul sakinindən odlu silah götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun İkinci Udulu kənd sakini, 1971-ci il təvəllüdlü Yəhyayev Nizami Çöllü oğlundan müvafiq sənədləri olmayan 20 kalibrli “Tula” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR