Hacıqabul sakinini qatar vurub

Hacıqabul sakinini qatar vurub
# 26 mart 2020 02:17 (UTC +04:00)

Hacıqabulda 34 yaşlı kişini qatar vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində baş verib.

Rayonun Nəvahi kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub. Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı travmalarla Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faklta bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR