Hacıqabul və Göygöl sakinilərindən odlu silah götürülüb

Hacıqabul və Göygöl sakinilərindən odlu silah götürülüb
  • Clock-gray 12:48
  • calendar-gray 30 Yanvar 2020

Hacıqabul və Göygöl sakinlərində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Hacıqabul dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmiyevdən nömrəsi silinmiş “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Bundan başqa, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Topalhəsənli kənd sakini M.Həsənovun həyətində nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “Karabin” markalı tüfəng və 29 ədəd patron aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date