Hacıqabulda yol qəzasında xəsarət alan sürücü ölüb - YENİLƏNİB

Hacıqabulda yol qəzasında xəsarət alan sürücü ölüb - YENİLƏNİB
# 26 fevral 2021 08:55 (UTC +04:00)

Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verən yol hadisəsində xəsarət alan "KİA" markalı maşının sürücüsü dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu bu gün səhər saatlarında xəstəxanada ölüb.

***

25 fevral, saat 22:36

Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı Şirvan sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı 90 SQ 350 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qabırğaların sınığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

İ.Məmmədsoyun taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR