Hacıqabulda baş verən avtoqəzada 4 nəfər xəsarət alıb

Hacıqabulda baş verən avtoqəzada 4 nəfər xəsarət alıb
# 30 oktyabr 2020 16:14 (UTC +04:00)

Hacıqabulda baş verən avtoqəzada 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib. "Opel" markalı avtomobillə "Mitsubidhi" markalı avtomobil toqquşub. Nəticədə bir ailənin 4 üzvü- ikisi uşaq olmaqla ana və nənə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və uşaqlara ambulator yardım göstərilib, nənənin vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR