Hacıqabulda baş verən qəzada xəsarət alan 7 nəfərdən biri ölüb

Hacıqabulda baş verən qəzada xəsarət alan 7 nəfərdən biri ölüb
  • Clock-gray 12:52
  • calendar-gray 25 Dekabr 2019

Hacıqabulda 4 gün əvvəl baş verən qəzada xəsarət alan şəxs ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax yolunun 78-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində yaralanan 6 nəfərdən biri, 1998-ci il təvəllüdlü Ədilov Fuad Bahadır oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə dekabrın 21-də Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar - Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Almaz Yolçiyevanın və sərnişin, 1998-ci il təvəllüdlü Ədilov Fuad Bahadır oğlunun vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, A.Yolçiyeva qəzada xəsarət alan yeniyetmələr - G.Yolçiyeva və S.Yolçiyevanın anasıdır. 

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date