Hacıqabulda daha bir avtoqəzada piyada ölüb, sürücü qaçıb

Hacıqabulda daha bir avtoqəzada piyada ölüb, sürücü qaçıb
# 28 yanvar 2020 02:53 (UTC +04:00)

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu, Muğan kəndi ərazisindən keçən hissəsində naməlum markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb və sürücü hadisə yerindən qaçıb.

Hazırda hadisə yerindən qaçan sürücünün axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR