Hacıqabulda oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Hacıqabulda oğurluq edən keçmiş məhkumlar saxlanılıb
# 13 mart 2021 01:20 (UTC +04:00)

Hacıqabul polisi rayon ərazisində oğurluq edən əvvəllər dəfələrlə məhkum olunmuş 3 nəfəri saxlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Atbulaq kənd sakini Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus avtoyuma məntəqəsindən 3100 manat dəyərində avadanlıqların oğurlanması barədə məlumat verib.

Hacıqabul və Naftalan RPŞ-lərin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən 3 nəfər - Cinayət Məcəlləsinin doqquz maddəsi üzrə məhkum olunmuş Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Dünyamalıyev Amil Səfəralı oğlu, əvvəllər Cinayət Məcəlləsinin yeddi maddəsi üzrə məhkum olunmuş 1984-cü il təvəllüdlü Həşimov Taleh Rasim oğlu və əvvəllər Cinayət Məcəlləsinin doqquz maddəsi üzrə məhkum olunmuş Bakı sakini, 1979-cu il təvəllüdlü Rəhimov Seyran Rahim oğlu saxlanılıb.

İstintaq tərəfindən onların oğurluq və digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

Faktla bağlı Hacıqabul RPŞ tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR