Hacıqabulda ot presləyən qurğuya düşən şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Hacıqabulda ot presləyən qurğuya düşən şəxs xəstəxanada ölüb - YENİLƏNİB
  • Clock-gray 11:33
  • calendar-gray 24 Yanvar 2021

Hacıqabul rayonunda ot presləyən qurğuya düşən Sabirabad sakini xəstəxanada ölüb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

***

23 yanvar saat 18.09

Hacıqabul rayonunda işləyən Sabirabad sakini ot presləyən qurğuya düşərək xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Belə ki, orada işləyən Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb. Nəticədə R. İmanov xəsarət alıb. Ağır vəziyyətdə olan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər