Hacıqabulda qadın naməlum şəxs tərəfindən bıçaqlanıb

Hacıqabulda qadın naməlum şəxs tərəfindən bıçaqlanıb
# 03 aprel 2020 22:29 (UTC +04:00)

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1993-cü il təvəllüdlü Nəbiyeva Səbinə Əkbər qızı qarın və kürək nahiyəsinin bıçaqlanma yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub.

Onun kim tərəfindən bıçaqlanması aydınlaşdırılır. Təcili yardım yaralı qadını yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən mənzildən götürüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR