Hacıqabulda qanunsuz ov edən şəxs saxlanılıb

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanılıb
# 15 fevral 2021 15:00 (UTC +04:00)

Qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb. Ondan “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR