Hacıqabulda yas mərasimdə iştirak edən 8 nəfər cəzalandırılıb

Hacıqabulda yas mərasimdə iştirak edən 8 nəfər cəzalandırılıb
  • Clock-gray 22:05
  • calendar-gray 06 Aprel 2021

Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb. 

Hacıqabul Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə,  polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun  fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib. 

Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. 

Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.

 

Əlibəy Zeynallı

Digər xəbərlər