Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
# 25 fevral 2021 11:21 (UTC +04:00)

Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının birgə keçirdiyi reyd zamanı COVİD-19 virusuna yoluxan şəhər sakini, 1961-ci il təvəllüdlü İsayev Hacıbəy Əlican oğlunun yaşadığı evi tərk etdiyi məlum olub.

Adı çəkilən şəxs yeri müəyyənləşdirilərək saxlanılıb və o, yaşadığı evə qaytarılıb.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR