Hacıqabulda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Hacıqabulda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 24 fevral 2020 14:20 (UTC +04:00)

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 23-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Gəncə şəhər sakini S.Muqumov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Fikrət Xəlilovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR