Hacıqabulda yük avtomobilinin sürücüsü maşında ölü tapılıb

Hacıqabulda yük avtomobilinin sürücüsü maşında ölü tapılıb
  • Clock-gray 12:43
  • calendar-gray 17 Yanvar 2020

Hacıqabulda yük avtomobilindən meyit tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakl-Qazax magistralının  Hacıqabul rayonu Padar kəndi ərazidindən keçən hissədə qeydə alınıb. Magistralın kənarında dayanan “Mercedes” markalı, 90 UE 314 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü avtomobilin kabinəsində ölü tapılıb.

 

Araşdırmalar nəticəsində meyiti tapılan sürücünün, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nəsirov Elçin Şirəli oğlu olması müəyyən edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

Ölümün hansı səbəbdən baş verdiyi araşdırılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date