Həbsdə olan Masallı sakininin evindən silah tapılıb

Həbsdə olan Masallı sakininin evindən silah tapılıb
# 15 fevral 2020 14:41 (UTC +04:00)

Masallıda silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş R.Şiriyevin Ərkivan qəsəbəsindəki yaşadığı evə baxış zamanı oradan 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR