Həbsdə olan atasına narkotik gətirən şəxs tutulub

Həbsdə olan atasına narkotik gətirən şəxs tutulub
# 16 dekabr 2019 18:13 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kərimov Raqif Lazım oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu, Masallı rayon sakini Kərimov Həsən Raqif oğlunun üzərinə baxış keçirilən zaman əynindəki pencəyin cibində gizlətdiyi bükülüdə 0,382 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR