Həbsdə olan qonşusuna narkotik aparan şəxs tutulub

Həbsdə olan qonşusuna narkotik aparan şəxs tutulub
# 13 dekabr 2019 12:36 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Nəbiyev Əli Maxsud oğlu ilə qısamüddətli görüşə getmiş qonşusu, Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlu tərəfindən aparılmış sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 3 ədəd bükülüdə 1,227 qram narkotik maddə - marixuana və 10 ədəd siqaret filtirində xüsusi üsulla gizlədilmiş toz halında 2 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR