Hesabat: Azərbaycandan 1477 nəfər terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa gedib

Hesabat: Azərbaycandan 1477 nəfər terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa gedib
  • Clock-gray 13:21
  • calendar-gray 10 Dekabr 2019

2018-ci ilin oktyabr ayında BMqT nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

APA-nın xəbərinə görə, bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilib.

Hesabata əsasən, şimal, cənub və şimal-qərb regionundan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin yaşayış yerlərindən görünür ki, bu rəqəm cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionlarından olan “döyüşçülər”in sayı müvafiq olaraq 201 və 114 nəfərdir. Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər. Geri qayıtmış keçmiş “döyüşçü”'lər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycanın səlahiyyətli orqanları tərəfindən təsdiqlənib və aidiyyəti riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda terrorçu Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb.

DİN-in təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın ) ölkəyə qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladan).

Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.

 

Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlanıb.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date