Heydər Əliyev prospektində qəzada 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Heydər Əliyev prospektində qəzada 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
# 29 mart 2021 19:08 (UTC +04:00)

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. 2 nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

***

18:26

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

***

18:03

Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR