Həftəsonu baş vermiş yol qəzalarında 5 nəfər ölüb

Həftəsonu baş vermiş yol qəzalarında 5 nəfər ölüb
# 02 noyabr 2020 13:46 (UTC +04:00)

Həftəsonu baş vermiş yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı açıqlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son iki gündə ölkənin avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Qəzalarda həyatını itirənlərdən iki nəfəri sürücü, üçü isə piyada olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR