Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə 1 təyyarə və 2 helikopter cəlb edilib

Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə 1 təyyarə və 2 helikopter cəlb edilib
# 18 yanvar 2021 17:26 (UTC +04:00)

"Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsinə nail olunub. Digər istiqamətlərdə isə məhdudlaşdırılma olsa da, tam söndürülməyib".

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır: "Məlumat üçün bildirim ki, yanğın baş verən ərazi dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdədir. Eyni zamanda ərazidə olan güclü külək yanğının tam söndürülməsinə maneçilik törədir".

Rəis müavini həmçinin qeyd edib ki, yanğının söndürülməsinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 135 nəfər şəxsi heyəti, 8 texnikası, həmçinin, 1 təyyarə və 2 helikopter cəlb edilib: "Hazırda cəlb olunmuş qüvvələr tərəfindən yanğının tam söndürülməsi işləri davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR