Hökməli qəsəbəsində fərdi yaşayış evində yanğın olub

Hökməli qəsəbəsində fərdi yaşayış evində yanğın olub
# 27 yanvar 2021 20:27 (UTC +04:00)

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR